FHN 70 ev üçün 4 milyon ayırdı

FHN 70 ev üçün 4 milyon ayırdı

Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 rayonda evlərin bərpasına başlanacaq.

TEMPİNFO-nun məlumatına görə, işləri qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti həyata keçirəcək.

Belə ki, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 69 ədəd fərdi yaşayış evlərinin bərpası və 1 ədəd fərdi yaşayış evində drenaj xəttinin çəkilməsi nəzərdə tutulub.

Agentlik sözügedən işlər üçün 4 milyon 272 min 337 manat xərclənəcəyini ehtimal edir.

Bununla bağlı elan edilən müsabiqənin qalib şirkəti ilə razılaşma imzalanacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37