FİFA AFFA-ya xəbərdarlıq etdi

FİFA AFFA-ya xəbərdarlıq etdi

FIFA AFFA-ya xəbərdarlıq məktubu ünvanlayıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, məktubda ötən gün futbol agentlərinin FIFA liseniyalaşdırılması üçün keçirilən imtahanda yol verilən nöqsandır. Belə ki, imtahana nəzarəti bir müddət öncə AFFA-dan ayrılan Nurlan Zeynalzadə edib.

İki ay bundan öncəyə kimi AFFA-da FİFA agenti məsələləri üzrə məsul şəxs olan Nurlan Zeynalzadənin imtahana nəzarət etməsi ali futbol qurumu tərəfindən birmənalı qarşılanmayıb. Nurlan Zeynalzadə mart ayının ortalarında AFFA-dakı işindən ayrılıb. Lakin onun dünənki imtahana nəzarət etməsi məqamı FIFA-nın diqqətindən yayınmayıb və AFFA-ya bir daha bu kimi halların olmaması üçün xəbərdarlıq edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37