Gəncəyə dördüncü raket hücumundan dörd il ötür

Gəncəyə dördüncü raket hücumundan dörd il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb.

TEMPİNFO xatırladır ki, hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən “Skad” tipli ballistik raketlərdən atəşə tutulması qeyd olunub.

“Raket insanlar yaşayan binaya tuş gəlib və onu tamamilə dağıdıb. Qısa müddət sonra axtarış və xilasetmə komandaları hadisə yerinə çatıblar. Hücum nəticəsində şəhərdəki infrastruktura ciddi ziyan dəyib. Ümumilikdə 31 mənzil tamamilə dağıdılıb, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil dağılıb. Hücum nəticəsində 10 nəfər həlak olub, 40 nəfər yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqlar da vardı. Ermənistan hücum üçün məsuliyyəti inkar edib”, – deyə rəsmi məlumatda vurğulanıb.

Həmin gün Ermənistan ordusu Mingəçevir Su Elektrik Stansiyasını da hədəf alıb. Raketlər Azərbaycan Ordusunun balansındakı hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, Ermənistanın Gəncəyə hücumları ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37