Generalın yerinə yeni təyinat – Foto

Generalın yerinə yeni təyinat – Foto

Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

TEMPİNFO.AZ Unikal.az-a istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin yeni komandanı general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

TEMPİNFO.AZ

general-mayor Namiq İslamzadə

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37