Generallar ehtiyata buraxıldı
- HƏRBİ XƏBƏRLƏRSON XƏBƏR
- 04.07.2024 15:56
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin iki generalı tutduqları vəzifədən azad olunaraq ehtiyata buraxılıblar.
TEMPİNFO xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Onlar Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminovdur.
Trend-ə məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə sərəncam ilə general-leytenant rütbəsi verilmişdi.