Gömrükdə rüşvət hələ də qalır – Komitə sədrindən ETİRAF – VİDEO
- CƏMİYYƏTSEÇİLMİŞSON XƏBƏR
- 05.08.2024 13:32
Gömrükdə rüşvətin kökünü hələ tam kəsməmişik.
TEMPİNFO xəbər verir ki, bunu “Baku TV”yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.
O bildirib ki, buna baxmayaraq, gömrük sistemində rüşvətə meyilli insanların sayı azalıb.
Sədr bəzi hallarda tərəflərin qarşılıqlı razılaşması əsasında gizli rüşvət hallarının olduğunu deyib.
“Bizə rüşvət amili ilə bağlı müraciət daxil olanda, onu müvafiq orqanlara göndəririk”, – Şahin Bağırov vurğulayıb.
O, mütəmadi olaraq korrupsiya ilə mübarizə barədə təlimatlandırma aparıldığını qeyd edib.