“Gross Pharma”da nöqsanlar aşkarlandı – CƏRİMƏ

“Gross Pharma”da nöqsanlar aşkarlandı – CƏRİMƏ

“Gross Pharma” MMC-yə inzibati protokol yazılıb.

TEMPİNFO-nun xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalat Məcəlləsinin 507-ci (İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın icraatındadır. Baxış iclası mayın 29-da keçiriləcək.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37