Gülüstan Əliyeva: “Ağadadaş müəllim elə adam deyil, yəqin ki, qarşı tərəf söyüş söyüb, nalayiq hərəkət edib…”

Gülüstan Əliyeva: “Ağadadaş müəllim elə adam deyil, yəqin ki, qarşı tərəf söyüş söyüb, nalayiq hərəkət edib…”

“Ağadadaş Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir. Dörd dəfə əməliyyat olunub. Baş verənləri indi öyrəndim, heç nədən xəbərim olmayıb. Hazırda rayondayam, sosial şəbəkələrə də baxmamışam. Ağadadaş müəllimi 30 ildən artıqdır, tanıyıram, illərlə bir yerdə işləmişik, dəfələrlə el şənliklərində, toylarda, tədbirlərdə, konsertlərdə, xarici ölkələrdə səfərlərdə olmuşuq. Heç vaxt ondan səbirsiz, nalayiq, artıq bir hərəkət görməmişəm, yersiz söz eşitməmişəm. Həddindən artıq mədəni, ziyalı insandır. Həqiqətən. O qədər səbirli, sakit insandır ki. Açıq deyirəm, kişi xeylaqlarıdırlar, çox sayda tədbirlərdə, məclislərdə içki içənlər də olub, amma Ağadadaş müəllim hər şeyə rəğmən özünü alicənab, ziyalı aparıb”. 

TEMPİNFO xəbər verir ki, Bu sözləri Pravda.az-a Əməkdar artist Gülüstan Əliyeva Xalq artisti Ağadadaş Ağayevin balta ilə hadisə törətməsinə münasibət bildirərkən deyib.

“Türkiyə, Almaniya və bir çox ölkələrdə səfərlərdə olmuşuq. Belə bir insidentlə rastlaşmamışam. Qətiyyən hiss etməmişəm ki, Ağadadaş müəllim səbirsizdir, davakar adamdır. Yəqin ki, qarşı tərəf nəsə söyüş söyüb, nalayiq hərəkət edib ki, Ağadadaş müəllim bu cür addım atıb. İnanın mənə, o elə adam deyil”, – G.Əliyeva bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37