Gürcüstanda yenə zəlzələ oldu

Gürcüstanda yenə zəlzələ oldu

Gürcüstanın qərbində yenidən zəlzələ baş verib.

TEMPİNFO “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, 3,8 maqnitudalı yeraltı təkanlar yerli vaxtla 08:06-da qeydə alınıb.

Zəlzələnin episentri Oni şəhərinin yaxınlığında Çxmori kəndindən 2 kilometr məsafədə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, iyunun 4-də Oni şəhəri yaxınlığında 2022-ci ilin mayından bu yana 5,3 maqnitudalı ən güclü zəlzələ baş verib. Nəticədə bir neçə evdə çatlar əmələ gəlib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37