Hacı Şahinə görə izdiham yaşandı: “Möhtəşəm işdir” – Deputatdan açıqlama – FOTOLAR

Hacı Şahinə görə izdiham yaşandı: “Möhtəşəm işdir” – Deputatdan açıqlama – FOTOLAR

“Qaçan Atlar Production”ın ərsəyə gətirdiyi, Hacı Şahin Həsənliyə həsr edilmiş “Dünyada Bir Gün” qısametrajlı filmin təqdimatında iştirak etdim. Azərbaycan kinoteatrında keçirilən gecədə ölkənin tanınmış şəxsləri, ictimai-siyasi xadimlər, incəsənət və mədəniyyət nümayəndələri, KİV iştirak edirdi.

Hacı Şahin Həsənliyə bağlı real həyat hekayəsi əsasında çəkilmiş bu möhtəşəm filmin ssenari müəllifi və rejissoru Natiq Axunddur.

TEMPİNFO xəbər verir ki, bu sözləri deputat Jalə Əhmədova bildirib.

“Haşiyədən kənara çıxaraq bir məqamı vurğulamaq istəyirəm. Təqdimat mərasiminə bəlli sayda şəxslər dəvət edilsə də, Azərbaycan kinoteatrının qarşısında böyük bir izdiham yaşanırdı. Hacı Şahinə hörmət və sevgilərini bəyan etmək üçün…”, – o vurğulayıb.

Deputat qeyd edib ki, İslam dininin bütün gözəlliklərini, xoşbəxtliyə çatmağın yollarını, əxlaqi göstərişlərdən yorulan müasir insana həyatla bağlı yeni və pozitiv yanaşmaları gözəl şəkildə təqdim edən Hacı həyata pozitivliyi ilə seçilirdi: “İslam dininə, insanların dinə baxışına yeni bir nəfəs gətirmişdi Hacı Şahin…

Hacı Şahin Həsənlini hörmətlə anır, Allahdan ona rəhmət diləyirəm”.

Xatırladaq ki, filmin təqdimatı zamanı zalda yerlərin dolmasına baxmayaraq, insanlar pilləkənlərdə və ayaq üstündə ekran işini izləyiblər.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37