Hafiz Hacıyev seçkidə iştirak etməyəcək
- SİYASƏTSON XƏBƏR
- 17.07.2024 20:20
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə H.Hacıyev bildirib.
“Seçkiyə hazırlıq çərçivəsində partiyadan 11 nəfərin namizədliyi irəli sürülüb. Onlardan bir neçəsinin sənədləri hazırlanaraq, müvafiq qaydada dairə seçki komissiyalarına təqdim olunub. Mən özüm isə seçkidə iştirak etmək niyyətində deyiləm”, – o qeyd edib. /APA
TEMPİNFO