HƏMAS lideri Tehrandan sonra Ankaraya gedəcəkmiş

HƏMAS lideri Tehrandan sonra Ankaraya gedəcəkmiş

İranda yeni seçilən prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edən HƏMAS lideri İsmayil Haniyə Tehran səfərindən sonra Türkiyəyə səfər edəcəkmiş.

TEMPİNFO “AHaber”ə istinadən xəbər verir ki, Haniyə Tehrandan sonra Ankaraya gəlməyi planlaşdırırmış. “Səfərlə bağlı İsmayıl Haniyəyə Türkiyə tərəfindən rəsmi dəvət göndərilib və o bu dəvəti qəbul etmişdi. Sadəcə, səfər vaxtı dəqiqləşdirilirdi. Onun Ankaraya səfəri zamanı Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı da nəzərdə tutulubmuş”, -nəşr yazır.

Qeyd edilib ki, analoji dəvət Fələstin lideri Mahmud Abbasa göndərilsə də, o, bəhanələr gətirərək Türkiyəyə səfərdən imtina edib.

Xatırladaq ki, HƏMAS lideri İranda yeni seçilən prezidentin andiçmə mərasimindən sonra Tehranda sui-qəsd nəticəsində öldürülüb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37