“Hər adam o kabinetlərə girə bilmir, mən də orada qəşəng pul qazanıram”
- MAQAZİNSON XƏBƏR
- 06.06.2024 13:26
“Ən çox pul və yaxşı məclislər kabinetlərdə olur. Bəlli iş adamları var ki, onlar öz məclislərinin kabinetlərdə keçirirlər”.
TEMPİNFO xəbər verir ki, bu sözləri müğənni Təranə Musayevanın ifaçı qızı Qumral qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
O bildirib ki, iş adamlarının bahalı restoranlarının kabinetlərində təşkil etdiyi məclislərdə iştirak edir: “Kabinetlərdə elə gözəl məclislər keçirilir ki, şou proqram da yalan olur, toy da. Orada olan pullar heç yerdə yoxdur. Artıq müğənnilər pulları kabinetlərdəki məclislərdən qazanırlar. Bəlli iş adamları var ki, onlar öz məclislərinin kabinetlərdə keçirirlər və məni də ora dəvət edirlər. Elə gəşəng qonorar verirlər ki… Kabinet dediyimiz yer bahalı restoranların kabinetləridir”.
Müğənninin sözlərinə görə, bəzi məclislər isə böyük bağlarda təşkil olunur: “Bahalı restoranların kabinetlərinə getmək üçün külli miqdarda depozit ödəmək lazımdır. Buna görə də ora hər adam girə bilmir. Orada bəlli iş adamları oturur. O iş adamlarının dar çevrəsi var. Onlar da sevdiyi müğənniləri öz məclislərinə dəvət edirlər. Mən də o məclislərdə ifa edib qəşəng pul qazanıram”.
TEMPİNFO