Hərbi dənizçilər təltif edildi

Hərbi dənizçilər təltif edildi

“Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”na əsasən, 2023-2024-cü tədris ilində Heydər Əliyev adına Hərbi İnstitutu fərqlənmə ilə bitirmiş və hazırda Hərbi Dəniz Qüvvələrində xidmət edən leytenant Pərvin Əhmədova “Tələbələrin şərəf qılıncı” xatirə hədiyyəsi və sertifikat təqdim edilib.

Bu barədə TEMPİNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən tədbirdə birinci dərəcəli kapitan Teymur Mürşüdov İtaliya Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi birinci dərəcəli kapitan Cianfranko Vizzini ilə görüşüb.

Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə olunub.

Birinci dərəcəli kapitan C.Vizzini “Tələbələrin şərəf qılıncı” xatirə hədiyyəsini və sertifikatı leytenant P.Əhmədova təqdim edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37