Hidayət Heydərov: “Bu il mənim ilimdir, dünya çempionu da olacağam”
- İDMANSON XƏBƏR
- 18.05.2024 16:14
“Dünya çempionatında yalnız qələbəni fikirləşirəm”.
TEMPİNFO.AZ xəbər verir ki. bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov deyib (73 kq) deyib.
O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək dünya çempionatı öncəsi fikirlərini bölüşüb. Heydərov bildirib ki, Avropa çempionatı yeni bitdiyi üçün mundailla bağlı hazırlıqlar və məşqlər dayanmayıb: “Özümü bu yarışa tam şəkildə hazır hiss edirəm. 2017-ci ildən bütün dünya çempionatlarında üçüncü yer uğrunda güləşmişəm”.
Avropa çempionun sözlərinə görə, 2024-cü il onun ilidir: “Bu səbəbdən də çempionluq mənim olacaq. Əsas hədəfim budur. Rəqibin zəifi yoxdur. Hamısı güclüdür. Hər biri ilə də görüşə final kimi baxacam. Çempionluğun öz çətinliyi var və bunun öhdəsindən gələcəyik. Qələbə üçün ağıl, güc və səbr lazımdır”.
Qeyd edək ki, fərdi yarışlar mayın 19-24-də Abu-Dabidə “Mubadala Arena”da keçiriləcək dünya çempionatında Azərbaycan millisi 9 kişi, 2 qadın idmançı ilə təmsil olunacaq.
TEMPİNFO.AZ