Hikmət Hacıyev: İrəvan Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır
- SİYASƏTSON XƏBƏR
- 17.10.2024 09:20
Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi, 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır.
TEMPİNFO xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.
“17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir. BCM üzvü kimi Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır”, – o qeyd edib.
Xatırladaq ki, bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
TEMPİNFO