“Hizbullah” Həsən Nəsrullahı əvəz edən şəxslə bağlı təkzib yayıb

“Hizbullah” Həsən Nəsrullahı əvəz edən şəxslə bağlı təkzib yayıb

“Hizbullah” xüsusi bəyanat yayaraq Haşim Səfiuddinin hərəkata yeni baş katib təyin olunması ilə bağlı yayılan xəbərləri təkzib edib.

TEMPİNFO xəbər verir ki, “Hizbullah” tərəfindən dərc edilən bəyanat Livan mətbuatında yayılıb.

“Həsən Nəsrullahın ölümündən sonra Haşim Səfiuddinin “Hizbullah”ın yeni baş katibi seçilməsinə dair kütləvi informasiya vasitələrində dərc olunan məlumatların heç bir əsası yoxdur. Nə qədər ki “Hizbullah” rəhbərliyinin rəsmi açıqlaması yayılmayıb, onlara etibar etmək olmaz”, – deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, ötən gün dünyanın aparıcı informasiya agentlikləri “Hizbullah”ın əsas idarəetmə orqanı olan Şura İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində işləmiş Haşim Səfiuddinin hərəkatın yeni baş katibi seçilməsinə dair xəbər dərc edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37