Hizbullah yenidən İsraili bombaladı: ölən və yaralılar var

Hizbullah yenidən İsraili bombaladı: ölən və yaralılar var

İsrailin Livanla sərhədindəki Kiryat Şmona şəhəri atəşə tutulub.

TEMPİNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İsrailin şimalındakı Hayfa da Livan ərazisindən atəşə tutulub. İsrail ordusu ümumilikdə 60 mərmi atıldığını bildirib.

Hücuma görə məsuliyyəti Hizbullah öz üzərinə götürüb. Qruplaşma bildirib ki, hücumun hədəfi İsrailin “Rafael” şirkətinin Hayfanın şimalındakı Zvulun bölgəsində yerləşən hərbi müəssisələri olub.

Hücum nəticəsində 2 nəfər ölüb, yaralılar var.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37