Hovuz və dəniz suyu kor edə bilər – DİQQƏT!
- SAĞLAMLIQSON XƏBƏR
- 30.06.2024 16:06
Dəniz və hovuz mövsümünün açılması ilə birlikdə mütəxəssislər göz sağlamlığı ilə bağlı xəbərdarlıqlar edirlər.
Gözlərdə qızartıların infeksiya əlaməti ola biləcəyi vurğulanır.
Üzdükdən sonra gözlərdə qızartı, ağrı və axıntı meydana gələ bilər. Bütün bunlar üçün alınmalı olan bəzi ehtiyat tədbirləri var.
Dos. Dr. Sevil Karaman nu tədbirləri belə izah edib:
“Gözlərinizi suya məruz qoymamaq üzgüçülük eynəkləri taxın. Kontakt linzalarla üzməkdən çəkinin, çünki onlar göz infeksiyası riskini artıra bilər. Bulanıq və ya çirkli görünən suda üzməyin.
Dəniz suyuna və ya hovuz suyuna məruz qalmısınızsa, gözlərinizi şirin su ilə yuyun.
Üzdükdən sonra gözünüzdə qızartı, ağrı, axıntı və ya görmə problemləri yaransa, dərhal həkimə müraciət edin. Çünki bunlar göz infeksiyasının əlamətləri ola bilər”.
Həkim diqqətə çatdırıb ki, hovuz düzgün xlorlaşdırılmazsa və ya təmizlənməzsə, göz infeksiyalarına səbəb ola biləcək bakteriyalar və digər mikroorqanizmlər sürətlə çoxalır:
“Xlor yüksək səviyyədə olarsa, gözləri qıcıqlandıra bilər. Ancaq hovuz suyunun düzgün saxlanması və xlorlanması şərtilə dəniz suyuna nisbətən göz infeksiyaları üçün daha az riskli olduğu düşünülür.
Bununla belə, göz infeksiyası riskini minimuma endirmək üçün hər iki mühitdə ehtiyat tədbirlərinin görülməsi vacibdir”.
TEMPİNFO