İçərəhərə giriş pullu olsun – Deputatdan təklif

İçərəhərə giriş pullu olsun – Deputatdan təklif

“Bütün ölkələrdə turistlərin gəzdikləri zonalar, kitabxanalar, muzeylər, parklar və s. pulludur. Həmin yerlərin qorunmasına, abadlaşdırılmasına əlavə vəsait sərf olunur. Buna görə də İçərəhərə də giriş müəyyən qiymətlərlə ölçülməlidir. Amma qiymətlər münasib olmalı, insanları narazı salmamalıdır”.

TEMPİNFO pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, İçərişəhər Azərbaycanın tarixidir, unikal bir ərazidir

“İçərişəhərə hər gün saysız-hesabsız turist, xarici qonaq gəlir, tariximizlə, mədəniyyətimizlə, məişətimizlə yaxından tanış olurlar. Belə halda İçərişəhərdə sakitliyi təmin etmək, turistlərin rahatlığına imkan yaratmaq, onların Azərbaycanın bu unikal ərazisi ilə tanış olmaları üçün şəraiti təmin etmək vacib və əhəmiyyətlidir. Buna görə də İçərişəhərə maşınların buraxılmaması, burada nizam-intizamın bərpa edilməsi müsbət qarşılanmalıdır. Yaxşı haldır ki, bu qərar sadə vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir. Çünki İçərişəhərə gələnlər həm də milli-mənəvi dəyərlərimizə qiymət verirlər. İnsanların davranışı, gediş-gəliş, qonaqlara münasibət, demək olar ki, dəyərlərimizə yeni qiymətin ifadəsi ola bilər”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37