“İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır

“İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi fiziki şəxs “Zoomagazın.az” MMC (VÖEN- 1405352961) olub.

Müsabiqənin şərtinə görə “Zoomagazın.az” MMC “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə mal-qara yemləri satacaq.

Satın alınacaq 2 524 ədəd yonca presinin hər biri 18 kq. olacaq. Bundan başqa, 2 639 kq. arpa, 4 103 kq. kəpək və heyvanlar üçün 332 kq. duz alınacaq. Qeyd olunan heyvan yemləri üçün Qoruq İdarəsi “Zoomagazın.az” MMC-yə 17 min 962 manat 65 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 2022-və 2023-cü illərdə “İçərişəhər” Muzey Mərkəzinin keçirdiyi analoji tender müsabiqələrinin qalibi də “Zoomagazın.az” MMC olub. Nizamnamə kapitalı 50 manat olan MMC- nin qanuni təmsilçisi Mursakulov Ceyhun Bəxtiyar oğludur./Yeniavaz.com

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37