İcra Hakimiyyəti bulvarının işlərini qalmaqallı şirkətə həvalə edib
- CƏMİYYƏTSON XƏBƏR
- 02.07.2024 09:06
Sumqayıt Bulvarında cari təmir işləri aparılacaq.
İqtisadiyyat.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, bulvar ərazisində istinad divarının tökülmüş hissələri mərmər tavalarla üzlənəcək. Eyni zamanda digər zəruri təmir işləri aparılacaq.
İcra Hakimiyyəti təmir işlərini “Kaspian Standart” MMC-yə həvalə edib və bunun müqabilində şirkətə 187.281,59 manat ödəniş edəcək.
Qeyd edək ki, “Kaspian Standart” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Belə ki, 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Həmin vaxt yayılan rəsmi məlumatda digər şirkətlərlə yanaşı “Kaspian Standart” MMC-nin də bəzi dövlət satınalmalarının sənədlərini saxtalaşdırdığının aşkarlandığı bildirilib.
TEMPİNFO