İcra Hakimiyyəti səyyar tualetlər alır

İcra Hakimiyyəti səyyar tualetlər alır

Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı Şəhər Nümayəndəliyi iri çadır və biotualetlər alır.

TEMPİNFO xəbər verir ki, bununla bağlı  “GM Trade and Solutions” MMC ilə müqavilə bağlanıb.

Dövlət qurumu razılaşmaya əsasən şirkətə 48 min 144 manat ödəniş edəcək.

“GM Trade and Solutions” MMC 2022-ci ilin may ayında dövlət qeydiyyatından keçib və hüquqi ünvanı Bakıdadır. Şirkətin qanuni təmsilçisi isə Arif Mənsurov Ənvər oğludur.

Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı Şəhər Nümayəndəliyi bundan əlavə, səhnə, işıq, monitor və səs avadanlıqlarının quraşdırılması xidmətlərinə görə “M.Z.” MMC ilə 30 min 349 manat dəyərində müqavilə bağlayıb.

TEMPİNFO

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37