İddia saxtadır: Rəisini aparan helikopterin qəza anı deyilirdi – Video

İddia saxtadır: Rəisini aparan helikopterin qəza anı deyilirdi – Video

İran prezidenti İbrahim Rəisini aparan helikopterin qəzaya uğradığı anı əks etdirdiyi iddia olunan görüntülər yayılıb.

Hadisənin videosunun ABŞ peyk görüntüləri əsasında yayıldığı söylənilir. Halbuki peyk görüntülərinin belə təqdim olunmadığı çoxlarına məlumdur.

Məlum olub ki, bu video əslində 2022-ci ilin iyul ayına aiddir.

Görüntülər Gürcüstanın Qudauri şəhərində sərhəd polisinin xilasedici helikopterinin qəzaya uğradığını anlara aiddir, Rəisinin helikopter qəzası ilə heç bir əlaqəsi yoxdur.

Xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməmişdi.

Yayılan əvvəlki görüntülərlə sözügedən yeni videonu müqayisə etdikdə kadrların hadisəni əks etdirdiyi şübhə doğururdu.

Qeyd edək ki, görüntüləri “MOUZE” teleqram kanalı videonu Rəisinin helikopterinin qəza anı kimi təqdim etmişdi. Yerli media məlumatı sözügedən mənbəyə istinadən yaymışdı.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37