İki hərbçimiz yol qəzasında həlak oldu

İki hərbçimiz yol qəzasında həlak oldu

İşğaldan azad edilmiş ərazidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TEMPİNFO bildirir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

Hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını yol tikintisi texnikasına çırpılıb. Nəticəsində minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər.

Qeyd edək ki, hər iki şəxsin hərbçi olduğu bildirilir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37