İki partiya sədri namizədliyini irəli sürdü
- SİYASƏTSON XƏBƏR
- 16.07.2024 17:31
Milli Məclisin VI çağırış deputatları – Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədliklərini irəli sürüblər.
TEMPİNFO xəbər verir ki, bu barədə Axar.az-a partiya sədrləri özləri bildirib.
Fazil Mustafa 26 saylı Sabunçu seçki dairəsindən, Elşad Musayev isə 10 saylı Binəqədi seçki dairəsindən namizədliyini irəli sürüb.
Hər iki partiya sədrinin namizədliyi təsdiqlənib. Onlar imza vərəqələri alıblar.