İlahiyyatçı hacının azyaşlıya qarşı əxlaqsızlığının GÖRÜNTÜLƏRİ: Evində gizləndiyi adam falçı imiş

İlahiyyatçı hacının azyaşlıya qarşı əxlaqsızlığının GÖRÜNTÜLƏRİ: Evində gizləndiyi adam falçı imiş

İyunun 22-də Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində ilahiyyatçı Salman Kamiloğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib.

Ağsuda yaşayan, Masazıra dayısıgilə qonaq gedən azyaşlını yolun kənarında oynayarkən görən ilahiyyatçı onu yanına çağırıb və əxlaqsız hərəkətlər etməyə başlayıb.

Qohumunun onlara tərəf gəldiyini görən ilahiyyatçı ərazidən uzaqlaşıb.

Azyaşlının dayısı həmin şəxsin sözügedən ərazidə yaşamadığını, falçının yanına getdiyini söyləyib:

“Dükanın yanında gördüm ki, bankomatdan pul çıxarır. Yaxınlaşdım ona, həmin şəxs olub-olmadığını təsdiqləmək üçün mənimlə gəlməyini xahiş etdim. Gəldik, yoldaşım da, uşaq da həmin adam olduğunu təsdiqlədilər. Bu şəxs isə boynuna almadı, din adamı olduğunu dedi. Abşeron Rayon Polis İdarəsinə zəng etdim. Polislər gəlib götürdülər. Orada isə hər şeyi boynuna aldı”.

Ətraflı Baku TV-nin süjetində:

 18:18

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

TEMPİNFO xəbər verir ki, bu gün Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və yaxud seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham olunur.

Hazırda Abşeron Rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

10:53 

İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37