İlhamə Quliyevanın oğlu ölüb? – VİDEO

İlhamə Quliyevanın oğlu ölüb? – VİDEO

Xalq artisti İlhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirovla bağlı şok iddia yayılıb.

TEMPİNFO xəbər verir ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində əldə etdiyi məlumata görə, Orxanın həbs olunmadığını bildirib.

O deyib ki, onun iki pasportu – saxta və əsl sənədi olub. O.Nadirovun sərhədi keçməsi ilə bağlı heç bir məlumatın olmadığını qeyd edib.

Orxanın anası isə “Orxan mənə 8 ayda bir dəfə də olsun zəng etməyib. Əgər salamat olsa, mənə zəng edərdi. Elə bir məlumatı mən də almışdım. Orxan qurumlar tərəfindən saxlanılmayıbsa, mümkün deyil mənimlə əlaqə saxlamasın. O bilir mən necəyəm, nə problemlərim var. Çünki gün ərzində iki-üç dəfə onunla danışırdım”, – deyə vurğulayıb.

TEMPİNFO 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37