İlkin Əhmədov dərmandan şoka düşüb

İlkin Əhmədov dərmandan şoka düşüb

Əməkdar artist İlkin Əhmədov kosmetoloji prosedur zamanı problem yaşayıb.

TEMPİNFO xəbər verir ki, bu barədə o, verilişlərin birində danışıb.

O qeyd edib ki, səhnədə olan bəylərin kosmetoloji prosedurlara üz tutmasına normal yanaşır:

“Səhnədə olan kişilərin yüngül kosmetoloji prosedurlara müraciət etməsinə münasibətim normaldır. Bir insan mütəmadi olaraq sevənlərinin qarşısına çıxırsa, pərəstişkarları da onu gözəl görmək istəyir. Dərin bir çapıq varsa, müasir dövrdə bunu aparmaq mümkündürsə, niyə də olmasın? Saç tökülməsinə görə həkimə getdim və mezoterapiya etdirdim, dərmandan şoka düşdüm. Antibiotikə allergiyam var idi. Sonra məni ayıltdılar. Həkimlər də qorxmuşdular. Onlar da məndən soruşanda demişdim ki, heç bir problem yoxdur. Günah məndə oldu”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37