İngiltərə millisinin baş məşqçisi postundan ayrılıb

İngiltərə millisinin baş məşqçisi postundan ayrılıb

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt postundan ayrılıb.

TEMPİNFO xəbər verir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.

53 yaşlı mütəxəssis öz istəyi ilə komandanı tərk edib. 2016-cı ilin sentyabrından İngiltərə millisinə rəhbərlik edən Sautqeyt yığmanı dünya çempionatlarında iki dəfə yarımfinala (2018, 2022), Avropa çempionatlarında (2020, 2024) iki dəfə finala daşıyıb.

Qeyd edək ki, İspaniya ilə AVRO-2024-ün final matçı (1:2) mütəxəssisin yığmadakı son oyunu olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37