AVRO 2024: Qolsuz bitən son tur – VİDEO

AVRO 2024: Qolsuz bitən son tur – VİDEO

Bu gün AVRO-2024-ün C qrupunda mübarizəyə yekun vuruldu.

TEMPİNFO xəbər verir ki, III turun qarşılaşmaları eyni vaxtda keçirilib.

Son turda qapılara qol vurulmayıb. Bu nəticələrdən sonra İngiltərə qrup qalibi kimi 1/8 finala yüksəlib. Hesabında 3 heç-heçə olan Danimarka 2-ci, Sloveniya isə 3-ci yeri tutub. Hər iki komanda pley-offa vəsiqəni təmin edib.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024
Qrup mərhələsi, III tur
25 iyun, C qrupu

23:00. İngiltərə – Sloveniya – 0:0
Baş hakim: 
Klemen Turpin (Fransa)
Köln Ştadium

TEMPİNFO

23:00. Danimarka – Serbiya – 0:0
Baş hakim: 
Fransua Leteksye (Fransa)
Münhen Arena

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37