İnternetin qiyməti niyə bahalaşdı? — AÇIQLAMA

İnternetin qiyməti niyə bahalaşdı? — AÇIQLAMA

Azərbaycanda internetin sürəti ilə yanaşı qiymətində də dəyişiklik olacaq. Bu barədə “Aztelekom” və “Baktelekom” şirkətləri öz səhifələrində məlumat paylaşıb və bildirib ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürəti 2.5 dəfə artıracaq və 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər edəcək.

Mövzu ilə bağlıDemokrat.az-a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, əslində, Mbit başına hesablayanda ölkədə internetin qiyməti artmayıb, azalıb:

“Kiçik paketlər ləvğ olduğu və böyük paketlər gündəmə gəldiyi üçün bu, nəticədə qiymət artımı kimi görünür.Burada əslində internetin qiyməti qalxmır, əksinə düşür. Yəni, Mbit başına hesablayanda hazırda 18 manata 40 Mbit/s istifadə edilirsə, indi 100 Mbit/s  25 manata təklif olunacaq. Yəni əvvəl Mbit başına 0.45 qəpik ödənilirdisə, indi təxminən, 0.25 qəpik ödəniləcək. Yəni, Mbit dəyəri sabit qalmaqla sürət və qiymət artımına gedilirsə, istifadəçi daha çox sürəti daha ucuz qiymətə alır. Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumat verməklə kifayətlənməsi yetərli deyil. Özəl və dövlət provayderləri öz qoyduqları investisiyaya söykənərək bu qiymətlərin artımını tənzimləyirlər. Bu da iqtisadi olaraq öz şirkətlərinin dayanıqlığını təmin edir. Ölkədə bütün provayderlər ADSL-dən GPON və digər genişzolaqlı internet infrastrukturuna keçirlər. Bu da ciddi investisiya tələb edir. Ən ucqar bölgələrdə belə bu infrastrukturun qurulması böyük xərclərə səbəb olur.

Azərbaycanda internet infrastrukturu düzəlsə də, paketlər kiçik olduğu üçün evdə bütün ailə təsərrüfatı internetdən istifadə edən zaman internetin surəti yavaş kimi görünür. Orta illik sürət artımının daha yüksək olması üçün ortalama istifadəçinin daha yüksək sürətli internetdən istifadə etməsi zəruri şərtdir. Provayderlərin tarif paketlərində etdiyi dəyişiklərə əsasən, növbəti aydan etibarən ölkədə genişzolaqlı internetin minimal sürəti 100 Mbit/s-dən başlayacaq. Bu, beynalxalq reytinqlərə və orta illik sürətin artımına da müsbət mənada ciddi təsir göstərəcək.

Faylların və məlumatların tez yüklənməsi, veb səhifələrinin daha tez açılması, həmçinin, məsafədən onlayn işləyən və təhsil alan şəxslər üçün sürətli internet çox əhəmiyyətlidir. İnsanlar yüksək sürətli internet tələb etsələr də, adətən minimal paketləri seçirlər. Misal üçün, 5 nəfərdən ibarət ailə təsərrüfatı düşünək. Onlar “youtube” izləyir, veb səhifələrə baxır, canlı yayımlar, video konfrans edirlər. Bugünkü texnologiyalar artıq yüksək internet tələb edir. Azərbaycanda 18 manata aldıqları 40 Mbit/s-lik internet bir ailə təsərrüfatına kifayət etmir. Bunun üçün daha sürətli internetdən istifadə olunmalıdır”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37