İqbal Ağazadə namizəd olmayacaq? – AÇIQLAMA

İqbal Ağazadə namizəd olmayacaq? – AÇIQLAMA

Ümid Partiyası İqbal Ağazadənin parlament seçkilərində iştirakı ilə bağlı istəyindən geri çəkilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Partiyanın sədr müavini Taleh Əliyev qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün partiyanın idarə heyəti toplanacaq:
“İndi iclasımız başlayır. İclasdan sonra rəsmi açıqlama olacaq”.
Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadənin Milli Məclisə seçkilərdə namizədliyini irəli sürmək iddiasından geri çəkilməsi ilə bağlı məlumatı News365.az saytı yayıb.
Xatırladaq ki, İqbal Ağazadə 36 saylı Xətai Suraxanı seçki dairəsindən namizədliyini irəli sürdüyün bildirmişdi.
TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37