İran İsrailə hansı silahlarla hücum etdiyini göstərdi – FOTO

İran İsrailə hansı silahlarla hücum etdiyini göstərdi – FOTO

İranın İsrailə hücumunda istifadə etdiyi raketlər və PUA-ları İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Aerokosmik Sənayesi Sərgisində nümayiş etdirib.

Ölkə.Az xəbər verir ki, Tehrandakı sərgidə 1450 km mənzilli “Xeybər Şiken” ballistik raketi, 1400 km mənzilli “Fettah” hipersəs raketi, 1800 və 2 min km mənzilli “”Khordad” və “Tebes” ballistik hava hücumundan müdafiə sistemləri sərgi iştirakçılarına təqdim edilib.

Sərgidə eyni zamanda İranın İsrailin mümkün hücumuna qarşı istifadə etdiyi hesab edilən 2000 km mənzilli “Hürrəmşəhr” ballistik raketi və 1900 km mənzilli “Siccil” ballistik raketi də yer alıb.

Təqdimatda həmçinin İranın Ukrayna müharibəsi üçün Rusiyaya verdiyi iddia edilən “Shahed” 136, 131 və 139 tipli PUA-lar , ABŞ-dən ələ keçirilən RQ-170, MQ-1 və RQ-4 Global Hawks PUA-ları nümayiş olunub.

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37