İran prezidentinin andiçməsinə gələn xarici rəsmilərin ADLARI
- DÜNYASON XƏBƏR
- 30.07.2024 15:00
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın bu gün andiçmə mərasimi keçirləcək.
Andiçmə mərasiminə müxtəlif ölkələrdən qonaqlar qatılacaq.
TEMPİNFO Modern.az-a istinadən xəbər verir ki, Məsud Pezeşkianın andiçmə mərasimi bu gün İran vaxtı ilə saat 16.00-da İslami Şura Məclisində (parlament) keçiriləcək.
Andiçmə mərasimində 86 ölkədən 104 nümayəndə heyəti və beynəlxalq təşkilatların rəsmiləri iştirak edəcək.
“Mehr” Agentliyi andiçmə mərasimində iştirak edəcək xarici nümayəndələrin siyahısını açıqlayıb:
– Azərbaycanın baş naziri Əli Əsədov
– Ermənistanın baş naziri Nikol Paşinyan
– Türkmənistanın vitse-prezidenti Rəşid Meredov
– Tacikistan Prezidenti Emomali Rahmon
– Misirin xarici işlər naziri Bədr Əhməd Məhəmməd Əbdül Ati
– İordaniyanın daxili işlər naziri Mazin Abdullah Hilal Əl-Feraya
– Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Zhang Ming
– Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin baş katib müavini və siyasi direktoru Enrike Mora
– İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha
– Asiya Əməkdaşlıq Dialoqunun (ACD) baş katibi Pornchai Danvivathana
– Seneqal parlamentinin sədri Amadou Mame Diop
– Suriyanın baş naziri Hüseyn Arnus
– Qətər xarici işlər nazirinin müavini Sultan bin Saad bin Sultan Al Muraikhi
– Əfqanıstandakı müvəqqəti hökumətin baş nazirinin müavini Mövləvi Əbdül Kebir
– Cənubi Afrika Respublikasının xarici işlər naziri Ronald Lamola
– Maldiv adalarının vitse-prezidenti Hüseyn Məhəmməd Lətif
– Şri-Lanka parlamentinin sədri Mahinda Yapa Abeyvardena
– Komor Adaları parlamentinin sədri Moustadroine Abdou
– İslandiya parlamentinin üzvü Brigir Pararinsson
– Madaqaskar parlamentinin sədr müavini Augustine Andreamananoro və turizm və sənətkarlıq naziri Joel Randriamandranto
– Kolumbiyanın xüsusi nümayəndəsi Xulio Anibal
– Monqolustan üzrə xüsusi nümayəndə
– Tanzaniya xarici işlər naziri
– Maltanın xüsusi nümayəndəsi Oval Mifsud
– Mavritaniyanın xarici işlər naziri Məhəmməd Yəhya Səid
– Burkina Faso parlamentinin sədri və xarici işlər naziri
– Liviya xarici işlər nazirinin müavini
– Qana parlamentinin sədr müavini
– Dominikanın xüsusi nümayəndəsi Elvis Alam
– Ekvadorun xüsusi nümayəndəsi Lourdes Puma Puma
– Myanma baş nazirinin müavini San Suu
– Kubanın baş naziri Manuel Marrero Kruz
– Sudanın xarici işlər naziri Hüseyn Avad
– Qambiyanın xarici işlər naziri Mamadu Tanqara
– Nigerin xarici işlər və müdafiə nazirləri
– Gürcüstanın baş naziri İrakli Kobaxidze
– Qazaxıstan Senatının sədri Maulen Aşimbayev