İran Prezidentinin helikopterində bütün sərnişinlər ölüb – Siyahı – Foto/Video

İran Prezidentinin helikopterində bütün sərnişinlər ölüb – Siyahı – Foto/Video

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

TEMPİNFO.AZ xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.

“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, – o deyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

Helikopter qəzasında həlak olanların adları açıqlanıb:

1 Prezident İbrahim Rəisi

2 Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi

3 İmam Cümə Təbrizi

4 Xarici işlər naziri Hüseyn Əmir Abdullahian

5 Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti

6 Pilot

7 İkinci pilot,

8 Sərnişin köməkçisi,

9 Mühafizə dəstəsinin rəhbəri

10 Mühafizəçilərdən biri olub.

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37