İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər – Video

İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər – Video

İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər ortaya çıxıb.

Kadrları Türkiyənin “A Haber” telekanalı yayımlayıb.

Süjetdə müxbir Mehmet Karataş helikopterin hissələrinin və yanmış qalıqların 10-15 metr ətrafa səpələndiyini bildirib və qeyd edib ki, bu, enişin nə dərəcədə sərt olduğunu göstərir.

Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı İbrahim Rəisi, İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan “Ənsar-əl Mehdi” qərargahının zabiti olublar.

 

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37