İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub

İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.

TEMPİNFO xəbər verir ki, bu barədə İran Mərkəzi Seçki Komissiyası bildirib.

Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.

Bu turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.

Xatırladaq ki, İranda prezident seçkilərinin ilkin nəticələrinə əssən, islahatçıların namizədi milliyətcə azərbaycanlı olan Məsud Pezeşkian mühafizəkarlaırn namizədini Səid Cəlilini bir milyondan artıq səs fərqi ilə qabaqlayır.

İran seçki qərargahının sözçüsü Möhsün Eslami növbəti nəticələri açıqlayaraq bildirib ki, ən çox səs toplayan namizəd Məsud Pezeşkiandır.

Məsud Pezeşkian inddiyədək hesablanan sələrin 8 milyon 302 min 577-ni qazanmaqla liderliyini qoruyub saxlamaqdadır.

Səid Cəlili 7 milyon 189 min 756 səslə ikinci, Məhəmməd Baqir Qalibaf 2 milyon 676 min 512 səslə üçüncü, Mustafa Purməhəmməd isə 158 min 314 səslə sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, seçkinin nəticələri göstərir ki, əsas mübarizə islahatçıların namizədi Məsud Pezeşkianla loyal mühafizəkarların və İbrahim Rəisi siyasətinin davamçısı Səid Cəlili arasında gedir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37