![İranın ən səs-küylü hadisələri: Rəisinin dövrü… – ARDICILLIQ](https://tempinfo.az/wp-content/uploads/2024/05/ibrahimreisitempinfoaz-1-jpg.webp)
İranın ən səs-küylü hadisələri: Rəisinin dövrü… – ARDICILLIQ
- DÜNYAMANŞETSİYASƏTSON XƏBƏR
- 21.05.2024 11:35
İran tarixindəki ən səs-küylü hadisələr mərhum prezident İbrahim Rəisinin prezidentliyi dövründə baş verib.
TEMPİNFO.AZ xəbər verir ki, onun dövründə baş verən ən diqqət çəkən hadisələr bunlardır:
▪️ 16 sentyabr 2022-ci il – 22 yaşlı kürd əsilli qız Məhsa Əmininin ölümü ilə bağlı ümummilli etirazların başlaması;
▪️ 4 iyul 2023-cü il – İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olması;
Təşkilatın sammitində çıxış edən İslam Respublikasının Prezidenti ŞƏT ölkələrini ödənişləri milli valyutada keçirməyə çağırıb.
▪️ 23 avqust 2023-cü il – İran BRİKS-ə qoşulur;
“İran və BRİKS-in potensialı güclü bir qüvvə yaratmaq üçün birləşir” – İran prezidenti Rəisi Rusiyanın RT telekanalına müsahibəsində deyib.
“Bu qrup həm regional, həm də beynəlxalq miqyasda müxtəlif sahələrdə, xüsusən də ticarət və iqtisadiyyat sahələrində rol oynamaq üçün yaradılır”, – o əlavə edib.
▪️ 10 mart 2023-cü il – Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin bərpası;
İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Münasibətlərin bərpası barədə qərar Çinin vasitəçiliyi ilə qəbul edilib.
▪️ 12 oktyabr 2023-cü il – Sudanla diplomatik əlaqələrin bərpası;
2016-cı ildə Səudiyyə Ərəbistanından sonra Sudan da İranla diplomatik əlaqələri dayandırmışdı. Buna səbəb Səudiyyə şiələrinin ruhani lideri Şeyx Nimrin edam edilməsi ilə təhrik edilən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum olub.
▪️ 25 dekabr 2023-cü il – İranın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət zonasına qoşulması haqqında sazişin imzalanması;
▪️ 14 aprel 2024-cü il – İranın 300 pilotsuz təyyarə, qanadlı və ballistik raketlərdən istifadə edərək İsrail ərazisinə ilk birbaşa hücumu.
Xatırladaq ki, İbrahim Rəisi 1960-cı il dekabrın 14-də İranın Məşhəd şəhərində ruhani ailəsində anadan olub. 1975-ci ildə Qum şəhərində (dini mərkəz) seminariyaya daxil olur. Onu bitirdikdən sonra Tehranda beynəlxalq özəl hüquq üzrə təhsil alıb. O, tələbəlik illərində monarxiyanın devrilməsi ideyalarını dəstəkləyib, 1978-1979-cu illər İslam İnqilabında iştirak edib.
1980-1994-cü illərdə İranın müxtəlif şəhərlərində prokuror vəzifəsində çalışıb. 1988-ci ildə o, İran siyasi məhbuslarının kütləvi edamlarının əsas təşkilatçılarından biri olub. Bu işdəki əsas roluna görə Rəisi “Tehran qəssabı” və “1988-ci ilin cəlladı” ləqəbini qazanıb. Daha sonra 2004-cü ilə qədər İran Baş Müfəttişliyinə rəhbərlik edib. 2014-2016-cı illərdə İranın baş prokuroru idi. 2021-ci ildə İslam Respublikasının prezidenti vəzifəsinə seçilib. İranlılar onu ali lider Əli Xamneyinin varisi hesab edirdilər.(Ölkə.Az)
TEMPİNFO.AZ