İrəvan Fransadan qoşun göndərməsini xahiş etdi – ŞOK

İrəvan Fransadan qoşun göndərməsini xahiş etdi – ŞOK

İrəvan Fransaya hərbi heyət göndərilməsi təklifi ilə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Ermənistan müşahidəçisi” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi Fransanın İrəvandakı səfirliyi vasitəsilə Fransa hökumətinə “təcrübənin ötürülməsi və Fransa tərəfindən təchiz edilmiş silahlara texniki xidmətin təşkili” məqsədilə Ermənistan ərazisində yerləşdirilmək üçün məhdud qoşun kontingentinin hazırlanması barədə rəsmi təkliflə müraciət edib.

Fransa hərbi bazasının Ermənistan ərazisində yerləşəcəyi yer hələ müəyyən edilməyib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37