İş axtaranların NƏZƏRİNƏ: Qarabağ Universiteti 12 vəzifəyə işçi axtarır

İş axtaranların NƏZƏRİNƏ: Qarabağ Universiteti 12 vəzifəyə işçi axtarır

Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunur.

Elm və Təhsil üzrə Dövlət Agentliyindən TEMPİNFO-ya verilən məlumata görə, Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib.

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 22 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/eLvGq

TEMPİNFO

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37