![İspaniya millisi AVRO-2024-ə qələbə ilə başlayıb](https://tempinfo.az/wp-content/uploads/2024/06/ispaniyatempinfoaz-jpeg.webp)
İspaniya millisi AVRO-2024-ə qələbə ilə başlayıb
- Avro-2024İDMAN
- 15.06.2024 21:55
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəliblər.
TEMPİNFO xəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda birincilər 3:0 hesablı qələbəyə seviniblər.
“Buğalar”ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruis komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib. Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal müəyyənləşdirib.
Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.