İsrail İranın maşınqayırma zavodunu vurdu

İsrail İranın maşınqayırma zavodunu vurdu

İsrail aviasiyası Suriyanın Homs əyalətinin Hesya şəhərində yerləşən İranın Saba maşınqayırma zavoduna raket  zərbəsi endirib.

TEMPİNFO xəbər verir ki, bu barədə Hesya sənaye şəhərinin direktoru Amer Xəlil məlumat verib.

“İsrail Hesya sənaye şəhərindəki Saba maşınqayırma zavoduna havadan zərbə endirib edib”, – o qeyd edib.

“Al Hadath” xəbər verir ki, zərbə Suriya ordusunun silah anbarlarına yönəlib.

SANA bildirir ki, İsrail hərbçiləri Suriyanın Homs əyalətində avtomobil zavoduna hücum edib. Agentliyin məlumatına görə, hücum zamanı xəsarət alan olmayıb.

Əl-Cəzirə eyni vaxtda dörd yaralı olduğunu qeyd edir.

SANA agentliyi onu da bildirib ki, Homsun şimalında yerləşən Həmadakı hərbi obyekt də hücuma məruz qalıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37