İstanbulda bina çökdü: Ölən və ağır yaralılar var

İstanbulda bina çökdü: Ölən və ağır yaralılar var

İstanbulun Küçükçekmece rayonunda çökən binanın dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.

Çökmənin səbəbi hələ ki məlum deyil.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

11:32

“İkisi ağır olmaqla, 7 nəfər yaralı xilas edilib. Xilasetmə işləri davam edir. Daha iki nəfər dağıntılar altındadır”.

Bunu şəhər valisi Davud Gül bildirib.

Onun sözlərinə görə, İstanbulun Küçükçekmece rayonunda çökən binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub.

Bina 1988-ci ildə tikilib.

10:48

İstanbulun Küçükçekmece rayonunda üçmərtəbəli bina uçub.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım qrupları göndərilib.

Kartaltəpə məhəlləsində baş verən hadisədə dağıntılar altında qalanların olduğu bildirilir.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37