İstanbulda film kimi cinayət: Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü – VİDEO
- DÜNYASON XƏBƏR
- 12.08.2024 12:47
İstanbulun Arnavutköy səmtində küçənin ortasında 35 yaşlı Serpil Gül 40 yaşlı əri Harun Gül tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Film kimi o dəhşətli cinayət hadisəsinin baş verməsi kənardakılar tərəfindən anbaan lentə alınıb.
Hadisə İstanbulu Arnavutköy ərazisində Taşoluk Məhəlləsi Eşlem küçəsində günorta saatlarında baş verib. Videodanda göründüyü kimi tərəflər arasındakı söhbət qızğın mübahisəyə və davaya dönür. Qadın kişinin əlindən qurtulub qaçarkən onu arxadan tapança ilə başından vurur. Haruh Gül daha sonra yerə yıxılıb can verən Serpilin başına iki dəfə atəş açır. Açılan atəş nəticəsində qadın yerindəcə həyatını itirir.
Sonradan hadisə yerinə polis və tibb işçiləri, həmçinin qətlə yetirilən Serpilin də yaxınlaır gəlir. Bu zaman baş verən dava da atəş səsləri də eşidilir. Serpilin yaxınları Haruna güllə atmaq istəyir. Lakin polis buna imkan vermir və hadisəni törədən Harun Gülü saxlayaraq bölməyə aparıb.
Serpil Gülün böyük qardaşı Cihan Yılmaz bildirib ki, hadisə planlaşdırılmış şəkildə həyata keçirilib. Onun sözlərinə görə, iki ildən artıqdır onlar ayrı yaşayır, boşanma ərəfəsində idilər. Harun Serpili övladları sünnət ediləcək deyərək onu aldadaraq çağırıb və orada da qətlə yetirib.
O eyni zamanda əlavə edib ki, günün günorta çağı küçənin ortasında qadını vəhşicəsinə qətlə yetirən Harun Gül 4-5 il həbs cəzası ilə məsələni bitirməyə çalışır, ona görə də başqalarına dərs olsun deyə, ona ağır cəza verilməlidir: “Dövlətimdən bu hadisənin həllini xahiş edirəm ki, başqa Serpillar gənc yaşda ölməsin”. /”Ölkə.Az”
TEMPİNFO