Joze Mourinyodan 5 transfer istəyi: 8 futbolçu ilə danışıqlar davam edir

Joze Mourinyodan 5 transfer istəyi: 8 futbolçu ilə danışıqlar davam edir

Yeni mövsümə mütləq çempionluq devizi ilə başlayan “Fənərbağça” yollarını ayırdığı İsmayıl Kartalın yerinə Joze Mourinyonu baş məşqçi təyin edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis dərhal 2024-25 mövsümü üçün işinə başlayıb. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk matçını 23-24 iyul tarixlərində keçirəcək “Fənərbağça” hazırkı heyətini böyük ölçüdə qoruyub saxlamağı və yeni mövsümə mühüm transferlərlə başlamağı planlaşdırır.

Daxili transferlərdə sıx anlar yaşayan “Fənərbağça” İrfan Can Kahveci ilə yeni müqavilə danışıqlarını davam etdirir. İstanbul təmsilçisi sözləşməni uzatmaq istədiyi digər bir ad isə Osayi-Samueldir.

Digər tərəfdən xəbərdə “sarı-lacıvərt”lərin Dominik Livakoviç, Aleksandr Djiku, Rodriqo Bekao, Fred, Duşan Tadiç və Edin Dzeko kimi futbolçularla danışıqlarını davam etdirdiyi bildirilib.

Bundan əlavə “Fənərbağça”nın 4 mövqeyə 5 yeni transfer etməyi planlaşdırdığı bildirilir.

Ötən mövsümün 2-cilərinin ən azı 1 mərkəz müdafiəçisi, 1 yarımmüdafiəçi, 2 cinah və 1 hücumçu transferi üzərində işləyəcəkləri bəllidir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37