“Avtomobillərinizi AYNA-nın məsuliyyətsizliyindən qoruyun”

“Avtomobillərinizi AYNA-nın məsuliyyətsizliyindən qoruyun”

Dostlar, avtomobillərinizi AYNA-nın məsuliyyətsizliyindən qoruyun! Avtomobili Hüseyn Cavid prospektində park etdim, elə bu an fotosessiya başladı. Tamam, bu, onların işidir. Qayıdanda gördüm, maşının qarşısı, üstü xırda-xırda daşlardı.

TEMPİNFO.AZ xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Pravda.az saytının baş redaktoru İlkin Pirəli yazıb.

O bildirib ki, çoxmərtəbəli binada sakin təmirlə məşğul olub və yuxarıdan daşlar tökülüb.

“Yaşıl jiletli” şəkilçəkənə deyirəm, hara baxırsan sən? Deyir, şəkil çəkirik, maaş alırıq, avtomobilə ziyan dəyibsə, binanın komendantına iradınızı bildirə bilərsiniz, biz məsuliyyət daşımırıq. Mən binanın komendantına niyə nəsə deməliyəm, parklanmaya görə ödənişi kim alırsa, məsuliyyəti də o qurum daşıyır. Təbii ki, biz demirik, oğrulardan qorusunlar və s. Amma sən görürsən, göydən daş yağır, mümkün qədər təhlükəsizliyi təmin etməlisən, edə bilmirsənsə, ərazidə parklanma məhdudlaşdırılmalıdır. Lazımdırsa, müvafiq qaydada müraciət də etmək lazımdır. Bəlkə öz başına da daş düşmüşdü, amma avtomobillərə şığımaq hissi o qədər güclüdür ki, ağrını belə hiss etməz. Tutaq ki, ərazidə qaz sızması müşahidə olunur, sürücü bunu hardan bilsin, park edir, gedir. Ordakı əməkdaş bildirməlidir ki, filan problem var, partlayış ola bilər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxladım. O da təxminən eyni mövqeyi sərgilədi. Müvafiq vəzifə nə bilim nə… Təhlükəsizliyi təmin etmiş olsalar, qanunu pozmuş olacaqlar… Vəssalam daa. Belə qənaətə gəldim ki, qurum yalnız pul yığmaq işinə baxır”, – deyə jurnalist narazılığını ifadə edib.

Onun sözlərinə görə, harada künc-bucaq görürlər, lövhə qoyurlar, olur parklanma yeri: “Yer təşkil edəndə təhlükəsizliyi də nəzərə alın… “Qanun”, “qanunvericilik” sözünü tez-tez təkrarlamaqla deyil, oxumaq da lazımdır. Belə parklanma yerləri olar? Elə parkinqlər var ki, demək olar, yolun hərəkət hissəsində təşkil olunub. Əlbəttə, hansısa avtomobil keçdikdə, ən azından güzgü qəfil gülləyə tuş gələcək. Əvvəllər qanunsuz da olsa yığılan vəsaitə görə xidmət edirdilər, qoruyurdular. İndi avtomobili park edirsən, qalır Allahın ümidinə. Əgər məsuliyyət daşımırsa, o zaman həmin şəxslərin ərazidə nə işi var? Ərazini kameralaşdırın, vəssalam. Şəkil çəkmək və pəncərə döyməkdən başqa iş bacarmırlar. Bu, loodu düşmüküş, loo…”

Mətbu orqan rəhbəri qurum sözçüsünə xatırlatma edib: “Qanun qanundursa, bəs AYNA “Rahat” marketin Suraxanı rayonunda (Yod Zavodu) yerləşən filialının piyadalar üçün nəzərdə tutulan səkini zəbt etməsinə niyə göz yumur. Açıqlama da yaymışdılar ki, qanunsuzdur, bəs niyə 6 aydır, tədbir görülmür. Bir daha müraciət edirəm, Anar Rzayev, niyə tədbir görmürsünüz? Deməyim odur ki, qanun sərf edən formada deyil, elə əsl formada icra olunmalıdır. Yoxsa 3-4 qazi parklanma yeri təşkil edib, 50 “yaşıl jiletli”ni salıblar onların üstünə ki bəs qanunsuzdur. Qanunsuz olanı göstəririk dəə, niyə susursunuz? Biz Ziya Məmmədovun “qoçu”larını, BNA-nı görmüş insanlarıq, bu da keçər. Anar Rzayevin vəzifəsi ilə də bağlı keçmiş zamanda danışmaq qismət olacaq”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37