Jurnalistlər binasında bəzi kommunal xidmətlər dayandırılıb
- CƏMİYYƏTSON XƏBƏR
- 22.05.2024 14:12
Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasına 1 iyun 2024-cü il tarixdən “Jurnalist EVİ” MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılır.
Buna səbəb kimi yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan binanın komendantı Orxan Mehdiyev bildirib ki, bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərə tələb olunan borcları ödəmirlər:
“Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayandırılması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə yalnız müəyyən bir qrupdur “.