Kadi bu kluba transfer oldu

Kadi bu kluba transfer oldu

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borges “Krasnodar”dan ayrılıb. 

TEMPİNFO xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Ferentsvaroş”a keçib. Bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.

İlkin açıqlamada 28 yaşlı oyunçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Kadinin “Qarabağ”a keçəcəyi haqda da xəbərlər yayılmışdı.

Qeyd edək ki, Kadi Borges 2021-2023-cü illər ərzində “Qarabağ”da çıxış edib.  O, 2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun isə ötürməsini edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37