Kadi “Qarabağ”a qayıdır?

Kadi “Qarabağ”a qayıdır?

“Qarabağ” həqiqətən də Kadi ilə bağlı “Krasnodar”a təklif göndərib”.

TEMPİNFO xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Kadi Borqesin agenti Helsio Alisk deyib.

O, Rusiya mətbuatına açıqlamasında braziliyalı yarımmüdafiəçinin “Krasnodar”dakı taleyi və Azərbaycana qayıtmaq ehtimalından danışıb: “Amma bu barədə başqa heç nə deyə bilmərəm. “Krasnodar”ın verəcəyi qərarı gözləyirik”.

Qeyd edək ki, Kadi cari mövsümün 33 matçında 4 qol vurub. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37